Davud

Davud
ivr.דָּוִד‏‎
Rütbə Peyğəmbər
Doğum tarixi E.ə. 1040
Doğum yeri
Vəfat tarixi E.ə. 970
Vəfat yeri
Xatirə günü 29 dekabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Davud (David; e.ə. 1039[2], Beytləhm[1]e.ə. 969[3], Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə. təqr. 973 il). Yəhudi folklorunda Davud nəhəng pəhləvan Caluta qalib gələn cəsur gənc kimi təsvir olunur. Bibliyada Davuda aid Zəbur kitabı var. İslamda Davud Məhəmməddən əvvəlki peyğəmbərlərdən hesab olunur.

  1. 1 2 Catalogue of the Library of the Pontifical University of the Holy Cross.
  2. http://www.timelineindex.com/content/view/3041.
  3. http://www.poemhunter.com/king-david-of-israel/.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search